Qaradağ rayonunun Lökbatan qəsəbəsində avtomobil oğurlanıb.
Lent.az-ın DİN mətbuat xidmətinə istinadən verdiyi məlumata əsasən, Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinə müraciət edən Lökbatan qəsəbə sakini A.Zülfüqarov noyabrın 17-də saat 22 radələrində qəsəbə ərazisindən “VAZ-2107” markalı avtomobilinin qaçırıldığını bildirib.
Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi ilə Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən E.Novruzzadə həmin gün qəsəbə ərazisində avtomobillə birgə saxlanılıb.
Araşdırma aparılır.